20.04.2016

Təhsil naziri ilə şagirdlərimizin görüşü

Aprelin 19-da “Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimat mərasimi keçirilib.Merasimde Tehsil Naziri, müavini, deputatlar ve tanınmış Simalar da iştirak edib.







31.03.2016

31 Mart - Azərbaycanlıların soyqırımı günü

Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz.
31 mart ikinci günlərdən idi.

Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.

29.02.2016

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.
Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Qeyd edək ki, silahlı qüvvələrdə ilk dəfə belə imkan I dünya müharibəsi zamanı (1914-18 illər) yaranmışdır. Almanlar ilk dəfə olaraq döyüş şəraitində aviasiya tətbiq etmişlər və bu amil böyük şəhərlərin hava zərbələrindən müdafiəsi zəruriliyini yaratmışdır. Qoşunlarla bərabər bu prosesə mülki əhali də cəlb olunmağa başlanılmışdır.
1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatını yaratmışdır. Sonralar Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir.
Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

26.02.2016

Gimnaziyamızın şagirdlərinin Xocalı soyqırımına həsr etdikləri divar qəzetləri






 

IX siniflərin monitorinqi keçiriləcək

27 Fevral Təhsil Nazirliyi tərəfindən IX siniflərin monitorinqi keçiriləcək. Gimnaziyamız monitorinqə tam hazırdır. Nəzərinizə çatdıraq ki, imtahan saat 10:00-da başlayıb iki saat davam edəcək. Bütün şagirdlərimizə uğurlar diləyirik!


25.02.2016

"Şəhidlərə kəfən lazım deyil" tamaşasının nümayişi davam edir

25 Fevral tarixdə "Şəhidlərə kəfən lazım deyil" tamaşası gimnaziyamızın VII, VIII və IX sinifləri üçün ikinci dəfə nümayiş edilmişdir. Bu dəfəki tamaşaya Təhsil Nazirliyindən Anar Qədiməliyev, Orxan Abdullayev və "Miras" ictimai birliyinin sədri Fariz Xəlili gəlmişdir.




24.02.2016

"Şəhidlərə kəfən lazım deyil" tamaşanın premyerası keçirildi

Bu gün Gimnaziyamızda Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Milli qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş "Şəhidlərə kəfən lazım deyil" tamaşanın premyerası keçirilmişdir. Tamaşaya Təhsil Nazirliyi işçiləri - Rüfət Əliyev, Hüseyn Mirzəyev (Pilot layihələrlə iş sektoru), Namiq Nağıyev, Ruslan Lətifov (Qiymətləndirmə şöbəsi), məktəb direktorları - Elşən Qafarov (230), Səidə Zeynalova (Texniki-Humanitar Lisey), Vüqar Məmmədov (117 ), Kərim Abidi (31), Gülarə Atayeva (324), Səba Həsənova (123), Fəridə Rəcəbova (214), Ülviyyə İsmayılova (245), Rəfael Hüseynov (157 N-li məktəbin direktor müavini), Hədəf kursunun təlim-tərbiyə işləri üzrə direktoru Elxan Nəcəfov, tanınmış yazıçı - Elxan Elatlı, Valideyn himayəsindən məhrum olmuş uşaqlara dayaq ictimai birliyindən - Mehriban Hüseynova və İntizar İbrahimova, "Miras" İctimai Birliyindən Orxan Qənbərov, Nərimanov RPİ-dən Rüstəm Rüstəmov, Biləsuvar rayonundan Mübariz İbrahimovun sinif rəhbəri Əhliman müəllim başda olmaqla digər qonaqlar, valideynlər, müəllimlər və şagirdlər dəvət olunmuşdur. Gimnaziya müdiriyyəti adından tamaşanı hazırlayan quruluşcu rejissor Röyal Cəbiyevə, təşkilatı dəstək üçün "Valideyn himayəsindən məhrum olmuş uşaqlara dayaq" ictimai birliyinə və vaxt ayırıb gəldikləri üçün bütün qonaqlara təşəkkürlər!