17.09.2015

IX sinfə şagird qəbulu davam edir

S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının IX sinfinə şagird qəbulu 25 sentyabr tarixədək uzadıldı. Maraqlananlar gimnaziyanın qəbul şöbəsinə ərizə ilə müraciət etsinlər. 
Əlaqə telefonu: (012) 567-22-17
Müdiriyyət

16.09.2015

Şagirdlərin evə aparılma qrafiki


Təşəkkürnamə

15 sentyabr 2015-ci il tarixdə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında Tədris ilinin başlanması və “Bilik günü” ilə əlaqədar tədbirdə fəal iştirakına görə             Əhmədzadə Rza İbrahim oğlu
  Əliyeva Nigar Ramiz qızı
  Rəhimova Nigar Rövşən qızı
  Nəbizadə Hüseyn Gündüz oğlu
  Əliyeva Ləman Elmar qızı
  Eyyubova Leylaxanım Rüfət qızı
  Hüseynov Həsən Natiq oğluna
            təşəkkür elan edilir
                                                   Müdiriyyət

15.09.2015

Gimnaziyamızda "Bilik günü"


Gimnaziyamızda "Bilik günü" xüsusi tədbirlə qeyd olunmuşdur. Tədbiri gimnaziyanın rəhbəri Xuraman xanım Osmanova açıq elan etmiş və şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək gimnaziyada həyata keçirilən yeniliklərdən söhbət açmışdır. Sonra Gimnaziyanın təlim-tərbiyə işləri üzrə direktor müavini Əbdürəhman Məmmədov çıxış etmiş, müəllim və şagird kollektivini yeni tədris ili münasibətilə təbrik etmişdir. Daha sonra söz valideynlərə verilmişdir. Valideyn Səfdər Xəlilov Avropa oyunları haqqında məlumat verərək, bunun dövlətimiz üçün əhəmiyyətindən danışmışdır. Digər valideynlər də gimnaziyanın hal-hazırki vəziyyətindən şad olduqlarını və gələcəkdə yeni uğurların əldə edilməsinə inamlı olduqlarını bildirmişlər. Sonda öz çıxışlarını təqdim etmək üçün söz gimnaziya şagirdlərinə verilmişdir.

14.09.2015

12.09.2015 tarixdə keçirilmiş şagird qəbulu imtahanının nəticələri açıqlandı


Bakı 2015 Avropa Oyunları haqqında 50 fakt


  1. Bakı 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən – qitə üçün maraqlı və mütərəqqi yeni multi-idman tədbirinə çevriləcəkdir.
  2. Bakı, Oyunların keçirilməsi üçün ev sahibliyinə Avropa Olimpiya Komitəsinin 2012-ci ilin dekabrında keçirilmiş Baş Assambleyasında layiq görülmüşdür. Oyunlara hazırlıq komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyeva sədrlik etmiş və hazırlıqlar ölkə başçısı cənab İlham Əliyevin gündəlik nəzarət və təlimatları altında həyata keçirilmişdir.
  3. Oyunlar 17 yarış günü müddətində 12-28 iyun tarixləri arasında keçirilməkdədir.
  4. Oyunlarda avropanın 50 Milli Olimpiada Komitəsindən 6000-ə yaxın idmançı iştirak etməkdədir.
  5. Avropa Olimpiadası kimi də tanımlanan Baku-2015 zamanı 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Bunlardan 12 idman növündə isə idmançılara Rio 2016 olimpiada oyunları üçün kvalifikasiya imkanları yaradılacaq.