21.10.2015

Gimnaziya rəhbərliyi müəllimlərlə toplantı keçirdi

Gimnaziya rəhbərliyi 21 oktyabr tarixdə müəllimlər otağında müəllimlərlə görüş keçirmiş, 2015/2016-cı tədris ilində ictimai işlərdə fəal olan Azərbaycan dili və ədəbiyyat müəllimi, həmçinin kafedra müdiri Kifayət Əliyevaya təşəkkür elan etmişdir. 
Daha sonra müəllimlər Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrin məzmunu tanış edilmiş və bu müsabiqələrdə fəal olmağa səslənmiş və iştirakları üçün rəhbərliyin onları daim dəstəklədiyi bildirilmişdir.












Gimnaziyamız IV siniflərdə dərs deyən müəllimləri “Təməl” Təqaüd Proqramında iştiraka səsləyir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini növbəti “Təməl” Təqaüd Proqramında iştiraka dəvət edir. 

Proqram 120 akademik saat təşkil edir (həftədə 1 dəfə 4 akademik saat hesabı ilə).  
Təlim modulları:
• Uşaq psixologiyası
• Pedaqoji ustalıq praktikumu (metodika və didaktika)
• Sinfin idarəedilməsi
• Elektron tədris resurslarının hazırlanması.
 

20.10.2015

Gimnaziyamızda Milli Müstəqillik günü qeyd olundu


Bu gün Gimnaziyamızda Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir, iştirakçıların müşayiəti ilə Azərbaycan Dövlət Himninin səsləndirilməsilə başlanmışdır. Əvvəlcə Dövlət Müstəqilliyimizin tarixi haqqında məlumat verilmiş, daha sonra şagirdlərimiz şeir, musiqi, səhnəcik və rəqs ilə çıxış etmişlər. Tədbirin sonunda Gimnaziya rəhbəri Xuraman xanım Osmanova bütün kollektivi Milli Müstəqillik günü münasibətilə təbrik etmiş və vətənpərvər şagirdlərimizlə qürür duyduğunu bildirmidir.

19.10.2015

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 

Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 

Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Və bu gün Mütəqilliyimizin 24 yaşı tamam oldu. Gimnaziyamızın valideyn, müəllim və şagird kollektivini Milli Müstəqillik günü münasibətilə təbrik edir, Müstəqil Respublikanın müstəqil vətəndaşları kimi həyatda öz layiqli yerinizi tutmağınızı arzulayırıq!

16.10.2015

Gimnaziya Həmkarlar Komitəsinin növbəti iclası keçirilmişdir


16 oktyabrda Gimnaziyamızda Həmkarlar Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda əvvəldən elan olunmuş və mətni müəllimlərə verilmiş "Müəlllimlərin etik davranış qaydaları" və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təqdimat şəklində iclas iştirakçılarının nəzərinə çatdırılmışdır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" kitabça şəklində iştirakçıllara paylanmışdır. Etik davranış qaydaları və Təhsil strategiyasının müxtəlif maddələrinə nə dərəcədə əməl olunduğu, hansı maddələrə diqqəti daha da artırmaq lazım olduğu müzakirə olunmuşdur. Sonda "Müəllim andı" başda Gimnaziya rəhbəri Xuraman xanım Osmanova olmaqla bütün müəllimlər tərəfindən birlikdə səsləndirilmiş və yazılı mətni imzalanmışdır. 

11.10.2015

Müəllimlərin etik davranış qaydaları



Gimnaziyamızın müəllimlərini birləşdirən qrup

Gimnaziyamızın pedaqoji heyətinin təhsil sahəsində işgüzar müzakirələri üçün facebookda qrup yaradılmışdır. "Bizim Gimnaziya" adlanan qrup  S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının pedaqoji kollektivinin birliyini təmin edəcək bir qrupdur ki, burada təhsildə olan yeniliklər, elanlar, müsabiqələr haqqında məlumatlar dərc olunacaq. Müəllimlər qrupa daxil olmaqla təhsillə bağlı ən son yeniliklərdən xəbər tutmaq imkanı tapacaq.
Aşağıdakı linkə toxunmaqla qrupa keçid edə bilərsiniz. Qrupa daxil olmaq üçün "Qrupa qoşul" düyməsinə toxunun.