17.11.2015

17 Noyabr Milli Dirçəliş günüdür

Gimnaziya rəhbərliyi xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edir!

Milli Dirçəliş günü — 17 noyabr 1992-ci ildə elan olunmuşdur1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında(keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

13.11.2015

Şagirdlərimiz Heydər Əliyev Mərkəzində

Gimnaziyamızın VIII sinif şagirdlərinin Ümummilli Lider adına olan Heydər Əliyev mərkəzinə ekskursiyası təşkil edildi. Mərkəzdə şagirdlərimiz Ulu Öndərimizin fəaliyyəti ilə yaxından tanış oldular.





12.11.2015

Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

11.11.2015

Açıq dərslər günü

Gimnaziyada təlim keyfiyyətinin yüksəldilməsi məqsədilə 10 - 11 noyabr 2015-ci il tarixlərində açıq dərslər keçirilmişdir.













9.11.2015

"Milli Bayraq Günü"nüz mübarək!


Gimnaziya rəhbərliyi adından xalqımızı 9 noyabr "Milli Bayraq Günü" münasibətilə təbrik edirik! 

Şagirdlərimizə bayrağımızı ölkə daxilində və xaricdə daima ucaltmalarını diləyirik!

Bayrağımızın tarixi haqqında qısa məlumat:  Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 17 noyabr1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

5.11.2015

Sinif nümayəndələri bir araya gəldi


Gimnaziyamızın sinif nümayəndələrinin növbəti toplantısı keçirilmişdir. Toplantıda sinif nümayəndələrinə verilən tapşırıqların  həyata keçirilməsi vəziyyətindən danışılmış, sinifdə hansı çətinliklərin olduğundan söhbət açılmış, mövcud problemlərin həlli yolları müzakirə edilmişdir. Sinif nümayəndələrinə növbəti tapşırıqlar verilmişdir. Sinifdə iş bölgüsünün aparılması məsləhət görülmüşdür. Sinif nümayəndələri ilə görüş günləri aşağıdakı kimi müəyyən edilmişdir:
II gün saat 13:30 - X - XI sinif nümayəndələrinin toplantısı
V gün saat 14:30 - V - IX sinif nümayəndələrinin toplantısı

4.11.2015

Şagirdlərimiz Nizami Gəncəvini belə canlandırdı


 Bacarsan hamının yükünü sən çək  İnsana ən böyük şərəfdir əmək              Özünü məclisdə şamtək dolandır  Özgənin işiyçün özünü yandır

Bu sətirlər dahi Azərbaycan şairi hər sözü bir kəlama çevrilən böyük mütəfəkkir Nizami Gəncəvinindir. Əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunub.Bu gün də ürəkləri fəth edən Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin yetirdiyinadir sənət dahiləri içərisində ən şərəfli yerlərdən birini tutur. Nizami sənəti özünün humanist ruhu, xalq arzu və istəklərinin aydın, təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün dövrlərdə müasir səslənmiş təqdir olunaraq izlənilmişdir.