21.02.2016

Ana dilimizi qoruyaq!

Bu gün - 21 Fevral Beynəlxalq Ana dili günüdür. Biz yalnız bu gündə deyil, ilin bütün günlərində dilimizi sevməli və qorumalıyıq. Ana dilimiz barədə Gimnaziyamızın Təmayül Fənlər üzrə direktor müavini və Azərbaycan dili müəllimi Ləman Hacıyevanın atev.az saytında dərc olunmuş məqaləsini diqqətinizə çatdırırıq:

İnsan ömrü boyu çeşidli dillər öyrənir və danışır. Bəzən yabançı ölkələrdə yaşadığı üçün ana dilində deyil, həmin  məmləkətin dilində danışmalı olur. Ancaq, hansı dildə danışır danışsın, insan çətinə düşəndə, köməyə çağıranda, dərd-qəmindən söhbət açanda, öz-özünə danışanda və son nəfəsində həmişə ana dilindən istifadə edir.İllərlə danışılmasa belə, ana dili heç vaxt unudulmur. 

20.02.2016

Gimnaziyamız inkişaf yolunda

2015/2016-cı tədris ili Gimnaziyamızda təhsilin keyfiyyətinin artırılması məqsədilə pedaqoji heyət üçün təşkil olunan təlimlərin nəticəsində müəllimlərimizin peşəkarlıq səviyyəsi daha da yüksəlmişdir. II yarımildən müəllimlərimizin əksəriyyəti dərslərini interaktiv şəkildə keçməyə başlamışdır. Dərslərdən görüntüləri vaxtaşırı səhifəmizdə paylaşacağıq.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbinə Rzayevanın Füzuli yaradıcılığı mövzusunda olan dərsindən görüntülərlə tanış olun:

22.01.2016

“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə

   
Bakı şəhər məktəblilərinin kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə

əmr edirəm:
    
    1.Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin IX-XI  sinif şagirdləri arasında 2016-cı ilin fevral-aprel 
    aylarında “Gənc kimyaçıların yaradıcılıq       müsabiqəsi” keçirilsin.
    2.Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur). 
    3.Müsabiqənin rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə tapşırılsın.
    Nəsimi və Nərimanov rayonları – Bağırov Altay (37 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin       direktoru)
    Binəqədi rayonu   – Qaralov  Həsən (34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)
    Səbail və Yasamal rayonları –  Orucov Mehbalı (35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)
    Qaradağ rayonu  –  Əliyeva Aynur   (41 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)
    Nizami və Xətai rayonları – Aslanova Təranə  (36 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)
    Suraxanı rayonu  –  Həsənov  Sabiq    (40 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)
    Sabunçu  rayonu   – Sultanova Qənirə  (39 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktor əvəzi) 
    Xəzər və Pirallahı rayonları –Rəhimov Rafiq (38 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin   direktor   əvəzi)
    4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan  Əsasnaməyə uyğun olaraq       
    müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
    5.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini  təmin etsin.
    6.Müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi  müdir müavini N.Səfərovaya tapşırılsın.
    7.Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.
    8.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri
    tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 
    9.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.
     
    Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun Fəaliyyət planı.
   
    Bakı  Şəhəri  üzrə Təhsil  İdarəsinin 
    müdiri                                                                                      Məhəbbət Vəliyeva
   
    22 yanvar 2016 - cı il
     
    № 28

19.01.2016

Ülvi hisslərdən Şəhidlik zirvəsinə

Bu gün gimnaziyamızda 20 Yanvar faciəsinə həsr olunmuş "Ülvi hisslərdən Şəhidlik zirvəsinə" adlı tədbir keçirilmişdir. Şagirdlər şeir və səhnəciklərlə matəm gününü yad etmişdir.


11.01.2016

Şagirdlərimizin Quba ekskursiyası

Gimnaziyamızın tarix müəllimi Həsən Osmanov 10 yanvar 2016-cı il tarixdə şagirdlərimizin Quba Soyqırımı Memorial Kompleksinə ekskursiyasını təşkil etmiş, onlara bu faciənin tarixi ilə əyani şəkildə tanış olma imkanı yaratmışdır. Gimnaziya rəhbərliyi Həsən müəllimə gənc nəslin təlim-tərbiyəsindəki roluna görə təşəkkür bildirir.