10.10.2015

"Açıq qapı" günü uğurla keçirildi

Bildiyiniz kimi, Gimnaziyamızda 10 oktayabr - "Açıq qapı" günü idi. Bu gün valideynlərin müəllimlərlə görüşü qrafik üzrə yerinə yetirilmişdir. Valideynlər əvvəlcə akt zalında gimnaziya rəhbərliyi ilə görüşmüşdür. Görüşdə ilkin monitorinqlərin nəticələri müzakirə olunmuş, valideynlərin sualları cavablandırılmışdır. Daha sonra valideynlər əvvəldən elan olunmuş müvafiq sinif otaqlarında fənn müəllimləri ilə söhbət etmişlər. Valideynlər gimnaziyada "Açıq qapı" gününün təşkil edilməsindən razı qalmışlar.

7.10.2015

"Açıq qapı" gününə hazırlıqlar davam edir

"Açıq qapı" günü üçün fənn müəllimləri və valideynlərin görüş otaqları müəyyənləşdirilmiş, siyahılar elan lövhəsindən və müvafiq sinif otaqlarının üzərindən asılmışdır.


Yeməkxanamız ləziz yeməkləri ilə fərqlənir



6.10.2015

Bütün siniflərdə əsas fənlərdən monitorinqlər keçirilir


2015/2016-cı tədris ili üçün şagirdlərin diaqnostik qiymətləndirilməsinin aparılması məqsədilə  monitorinqlərin keçirilməsinə başlanıb. Monitorinq bütün sinifləri əhatə edəcək və nəticələr dərs ilinin sonunda keçiriləcək qiymətləndirmə ilə müqayisə olunacaq.

10 oktyabr - "Açıq qapı" gününün keçirilmə saatlarının qrafiki


5.10.2015

"Müəllimlər günü"ndən ən maraqlı fotolar



Məmur andı, həkim andı, müəllim andı: kim ona yaxşı, kim pis əməl edir?

Müəllim andı: 
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm.