29.10.2015

Tezliklə debat təlimləri keçiriləcək

Gimnaziyamızda debat təlimlərinə başlanılır. Bunun üçün şagirdlərin ilk toplantısı keçirilmiş və debat barədə məlumat verilmişdir. Daha sonra təlimdə iştirak etmək istəyən şagirdlər qeydə alınmışdır. Artıq debat təlimlərinin qrafiki qurulur. Tezliklə təlimlərə başlanılacaq.








27.10.2015

Sinif rəhbərləri bir araya gəldi

Oktyabr ayının 27-də sinif rəhbərlərinin növbəti toplantısı keçirilib. İclasda Şagirdlərin standart məktəbli formasına riayət etmə, ev tapşırıqlarını yerinə yetirmə, məktəbli kitabçalarının düzgün aparılması, sinif otaqlarının səliqəsi, təlimlərdə şagirdlərin psixoloji vəziyyəti barədə söhbətlər aparılmışdır. Sinif rəhbərlərinə "Uşaq hüquqları qanunvericiliklə ilk tanışlıq" haqqında paylama materialları verilmişdir. Sonda hər həftənin 3-cü günü saat 12:00-da sinif rəhbərlərinin toplantısı vaxtı müəyyənləşdirildi.



Gimnaziyamızda "Hallowen"in ilk qədəmi

Gimnaziyamızın İngilis dili müəllimi Lalə Həmidova 3ç sinfində "Hallowen" bayramını açıq dərs şəklində qeyd etdi. Dərsdə şagirdlər qrup işi formasında "Hallowen"lə bağlı tapşırıqları yerinə yetirərək çoxsaylı məlumatlar əldə etdilər. Qruplar tapşırığı vaxtında və düzgün yerinə yetirdiklərinə görə təşəkkür kartları ilə mükafatlandırıldı. Daha sonra müxtəlif öyrədici "Hallowen" oyunları oynanıldı. Oyunlar zamanı şagirdlər İngilis dilində "Hallowen"lə bağlı şeirlər söyləyib, mahnılar oxudular. Qonşu sinfin bayramlaşmağa gəlməsi isə sinif şagirdləri üçün əsl sürpriz oldu. "Hallowen" ənənəsinə uyğun olaraq bir-birlərini təbrik edib, bayram payı verdilər.
Dərsin sonunda Lalə müəllimə şagirdlərə "Hallowen"lə bağlı əldə edilmiş yeni bilikləri İngilis dilində (tərcümə etməklə) ümumiləşdirdi.
Dərs şagirdlər üçün əsl "Hallowen" bayramı oldu və inanırıq ki, uzun müddət şagirdlərin yaddaşından silinməyəcək.
Gözəl dərsə görə Lalə müəlliməyə təşəkkürlər!



26.10.2015

Как сдают экзамены в разных странах?

Что такое экзамен? Экзаменом называют итоговую форму оценки знаний учащихся. Но по сути это не только поверка знаний, а ещё и особый процесс, в ходе которого отбираются лучшие ученики. И для того чтобы этот отбор был максимально адекватным и объективным, составители экзаменов должны учитывать множество особенностей, таких как правильное составление заданий, проведение экзаменов в нужное время, создание конкретной обстановки и множество других. Ведь от этого зависит то, как будет проходить сама подготовка к испытаниям, а значит, и сами результаты. К примеру, если экзамены будут представлять собой тесты, то ученики должны максимально активизировать такие психические свойства личности как внимание, память и логическое мышление.  Если же экзамен будет проходить в устной форме, то нужно обратиться к памяти, риторике и актёрскому мастерству и т.д. И в каждой стране мира ко всем этим вопросам относятся по-разному. О том, как сдаются экзамены в других странах мы сегодня и поговорим.

Şagirdlərimiz sərgidə

Şagirdlərimiz N.Nərimanov metrosunun keçidində sərgilənən dünyanın ən məşhur rəssamlarının əsərləri ilə tanış oldular.

25.10.2015

Şagirdlərdə mütaliə vərdişləri yaradılmalıdır

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri 

Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə  incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir.

24.10.2015

Şagirdlərə ev tapşırıqlarının verilməsinə qadağa qoyulub?

FaktXəbər-in verdiyi məlumata görə Azərbaycan Təhsil Nazirliyi ibtidai sinif şagirdlərinə ev tapşırıqlarının verilməsinə qadağa qoyulması barədə bəzi müəllimlərin söylədiyi fikirlərə aydınlıq gətirib.
Nazirlikdən Trend-ə bildirilib ki, ibtidai sinif şagirdləri üçün ev tapşırığının nəzərdə tutulmaması barədə göstəriş olmayıb və bu, pedaqoji-psixoloji cəhətdən düzgün sayıla bilməz: “Sadəcə olaraq, müəllimlərə, xüsusilə də ibtidai sinif müəllimlərinə tövsiyə olunur ki, şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirsinlər, təlim materiallarının əsas hissəsinin sinifdə mənimsədilməsinə nail olsunlar. O da tövsiyə edilir ki, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir”.
Xatırladaq ki, artıq bəzi ibtidai sinif müəllimləri belə bir qadağanın qoyulduğunu əsas gətirərək ev tapşırıqlarının sayını xeyli azaldıblar, ibtidai sinifdə dərs keçən ingilis dili müəllimləri isə şagirdlərin dəftərlərinə yeni sözləri qeyd etmir, yeni sözləri yalnız dərs zamanı öyrətməklə kifayətlənirlər.