Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan
olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur.
Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.
Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində
əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir
nömrəli vəzifə kimi durur.
Qeyd edək ki, silahlı qüvvələrdə ilk dəfə belə imkan I dünya
müharibəsi zamanı (1914-18 illər) yaranmışdır. Almanlar ilk dəfə olaraq
döyüş şəraitində aviasiya tətbiq etmişlər və bu amil böyük şəhərlərin
hava zərbələrindən müdafiəsi zəruriliyini yaratmışdır. Qoşunlarla
bərabər bu prosesə mülki əhali də cəlb olunmağa başlanılmışdır.
1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi
1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə
“Cenevrə regionu assosisasiyası” təşkilatını yaratmışdır. Sonralar
Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir.
Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən
ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq
dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin
ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi -
Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və
vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması,
təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış
məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının
istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr
barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə
öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu
təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə
işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.