Gimnaziyamız 1959-cu ildən fəaliyyət göstərir. Gimnaziyada təhsil iki səviyyəlidir:
•Ümumi orta təhsil (V-IX siniflər)
•Tam orta təhsil (X-XI siniflər)
Gimnaziya 5 günlük dərs həftəsi ilə
işləyir. Dərslər səhər 08:30-da başlayır. Birnövbəlidir. Dərs vaxtından sonra
etüd vaxt olur, bu da 17:30-da (qışda saat 17:00-da) bitir.
Etüd vaxtda şagirdlərlə tərbiyəçi müəllim
məşğul olur. Etüd vaxta müxtəlif fəaliyyətlər daxildir: dərs
bitdikdən 15:30-a qədər asudə vaxtın təşkili - yeməkxanada nahar, gimnaziya
həyətində müxtəlif idman və oyunlar, sinif təşkilat saatı və s., 15:30-dan
17:30-a qədər şagirdlərin ev tapşırıqlarının yerinə yetirilməsi.
əgər valideyn işleyirse, ola bilsin yolda gecikir Sizde onlara nezaret olunurmu uşaqa.
YanıtlaSiləgər valideyn işleyirse, ola bilsin yolda gecikir Sizde onlara nezaret olunurmu uşaqa.
YanıtlaSil