30.09.2015

"Müəllimlər günü" ilə bağlı müsabiqə üçün təyin olunmuş nominasiyalar


Valideynlərə təşəkkür elan edildi


Nizam-intizam və təmizlik ayı elan olundu

Gimnaziyamızda oktyabrın 5-dən noyabrın 5-dək, "Məktəbimizi sevək!", "Məktəbimizi qoruyaq!", "Məktəbimizi gözəlləşdirək!" şüarları ilə Nizam-intizam və təmizlik ayı elan olundu. Bu müddət ərzində gimnaziyamızda nizam-intizamın möhkəmləndirilməsi, daha səliqəli mühitin yaradılması üçün bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsində bizə dəstək olan valideyn və şagirdlər kollektivinə dərin təşəkkürlər!


26.09.2015

"Müəllimlər günü" ilə bağlı müsabiqə elan olundu


"İKT bacarıqları" monitorinqi keçiriləcək

Diqqət!

Gimnaziyanın pedaqoji iş kollektivinin nəzərinə!

28.09.2015-ci il tarixdə “İKT bacarıqları” monitorinqi başlayır. Monitorinq bir neçə mərhlədə aparılacaq. I mərhələ 29.09.2015-ci il tarixində saat 14.30-da keçiriləcək.

25.09.2015

Qurban bayramınız mübarək!

S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının rəhbərliyi gimnaziya kollektivini, valideyn və şagirdləri dünya müsəlmanlarının müqəddəs bayramı olan Qurban bayramı münasibətilə təbrik edir, bütün ailələrə birlik, sağlamlıq, xoşbəxtlik, evlərə bol ruzi-bərəkət arzulayır. Dualarınızın və qurbanlarınızın qəbul olması diləyi ilə bayramınız mübarək olsun!

24.09.2015

“Elektron Təhsil” Respublika müsabiqəsinə start verildi

“Elektron Təhsil” Respublika müsabiqəsi
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 21 sentyabr 2015-ci il tarixdə “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasını elan edir.
Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.

Rəsmi Facebook səhifəmiz fəaliyyətə başladı

S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının rəsmi facebook səhifəsi fəaliyyətə başladı. Təhsil sahəsində olan yeniliklər, Gimnaziya həyatındakı dəyişikliklər və son xəbərlərlə bu səhifədə tanış ola biləcəksiniz. Bütün pedaqoji heyəti, valideynləri və şagird kollektivini səhifəyə dəvət edirik.  
https://www.facebook.com/Humanitar-F%C9%99nl%C9%99r-Gimnaziyas%C4%B1-1888082664750230/timeline/

17.09.2015

IX sinfə şagird qəbulu davam edir

S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının IX sinfinə şagird qəbulu 25 sentyabr tarixədək uzadıldı. Maraqlananlar gimnaziyanın qəbul şöbəsinə ərizə ilə müraciət etsinlər. 
Əlaqə telefonu: (012) 567-22-17
Müdiriyyət

16.09.2015

Şagirdlərin evə aparılma qrafiki


Təşəkkürnamə

15 sentyabr 2015-ci il tarixdə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında Tədris ilinin başlanması və “Bilik günü” ilə əlaqədar tədbirdə fəal iştirakına görə             Əhmədzadə Rza İbrahim oğlu
  Əliyeva Nigar Ramiz qızı
  Rəhimova Nigar Rövşən qızı
  Nəbizadə Hüseyn Gündüz oğlu
  Əliyeva Ləman Elmar qızı
  Eyyubova Leylaxanım Rüfət qızı
  Hüseynov Həsən Natiq oğluna
            təşəkkür elan edilir
                                                   Müdiriyyət

15.09.2015

Gimnaziyamızda "Bilik günü"


Gimnaziyamızda "Bilik günü" xüsusi tədbirlə qeyd olunmuşdur. Tədbiri gimnaziyanın rəhbəri Xuraman xanım Osmanova açıq elan etmiş və şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək gimnaziyada həyata keçirilən yeniliklərdən söhbət açmışdır. Sonra Gimnaziyanın təlim-tərbiyə işləri üzrə direktor müavini Əbdürəhman Məmmədov çıxış etmiş, müəllim və şagird kollektivini yeni tədris ili münasibətilə təbrik etmişdir. Daha sonra söz valideynlərə verilmişdir. Valideyn Səfdər Xəlilov Avropa oyunları haqqında məlumat verərək, bunun dövlətimiz üçün əhəmiyyətindən danışmışdır. Digər valideynlər də gimnaziyanın hal-hazırki vəziyyətindən şad olduqlarını və gələcəkdə yeni uğurların əldə edilməsinə inamlı olduqlarını bildirmişlər. Sonda öz çıxışlarını təqdim etmək üçün söz gimnaziya şagirdlərinə verilmişdir.

14.09.2015

12.09.2015 tarixdə keçirilmiş şagird qəbulu imtahanının nəticələri açıqlandı


Bakı 2015 Avropa Oyunları haqqında 50 fakt


  1. Bakı 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən – qitə üçün maraqlı və mütərəqqi yeni multi-idman tədbirinə çevriləcəkdir.
  2. Bakı, Oyunların keçirilməsi üçün ev sahibliyinə Avropa Olimpiya Komitəsinin 2012-ci ilin dekabrında keçirilmiş Baş Assambleyasında layiq görülmüşdür. Oyunlara hazırlıq komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyeva sədrlik etmiş və hazırlıqlar ölkə başçısı cənab İlham Əliyevin gündəlik nəzarət və təlimatları altında həyata keçirilmişdir.
  3. Oyunlar 17 yarış günü müddətində 12-28 iyun tarixləri arasında keçirilməkdədir.
  4. Oyunlarda avropanın 50 Milli Olimpiada Komitəsindən 6000-ə yaxın idmançı iştirak etməkdədir.
  5. Avropa Olimpiadası kimi də tanımlanan Baku-2015 zamanı 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Bunlardan 12 idman növündə isə idmançılara Rio 2016 olimpiada oyunları üçün kvalifikasiya imkanları yaradılacaq.

2.09.2015

Şagird qəbulu müsabiqə yolu ilə həyata keçirildi


02.09.2015-ci il tarixdə Gimnaziyamızın V və X siniflərinə şagird qəbulu üçün imtahan keçirilmişdir. Şagirdlər öz biliklərini sərbəst şəkildə ifadə etmələri üçün lazımi şəraitlə təmin olunmuş və imtahan qaydalara uyğun şəkildə başa çatdırılmışdır. Nəticələr 03 sentyabr tarixdə açıqlanacaqdır. Apelyasiya isə 04 sentyabr tarixində həyata keçiriləcəkdir. Bütün imtahan iştirakçılarına uğurlar arzulayırıq!


Məlumat bazası yenilənir

Gimnaziyada məlumat bazasının yenilənməsinə başlanıldı. Kadrlar barədə məlumatların yeniliyi yoxlanıldı və çatışmayan məlumatların toplanılmasına start verildi.