31.12.2015

Həmrəylik gününüz və Yeni iliniz mübarək!

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının rəhbərliyi gimnaziyamızın bütün işçi, valideyn və şagird kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, hər birinə uğurlu il arzulayır.

27.12.2015

Pedaqoji Şuranın növbədənkənar iclası keçirildi

Gimnaziyamızda təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar dekabr ayı "Təhsildə keyfiyyət ayı" elan edilmiş və ay ərzində təhsilin keyfiyyətinin ölçülməsi məqsədilə  4-11-ci siniflərində Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinqlər keçirilmişdir.Monitorinqin nəticələri açıqlandıqdan sonra pedaqoji şurada müzakirə edilmişdir. İclasda həmçinin I yarımildə gimnaziyanın fəaliyyətinə nəzər salınmış, əldə edilən nailiyyətlərdən, işin gedişində yaranan çətinliklərdən, 2016-cı ildə qarşıda duran vəzifələrdən danışılmışdır.

Monitorinqlərin nəticələri açıqlandı

Dekabr ayının "Təhsildə keyfiyyət ayı" olması ilə əlaqədar gimnaziyanın 4-11-ci siniflərində Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinqlər keçirilmişdir. Yekun olaraq keçirilmiş monitorinqin nəticələri ixtisas müəllimləri ilə toplantıda müzakirə olunmuşdur.

24.12.2015

Şagirdlərin nəzərində "təmizlik"

5A sinif şagirdlərinin "Təmizliyə riayət edək!" mövzusunda təşkil etdiyi sinif təşkilat saatı.Sinif rəhbəri: Nigarə Əliyeva











Şagirdlərimiz "Süfrə mədəniyyəti"ni öyrənir

3Ç sinif şagirdlərinin "Süfrə mədəniyyəti" mövzusunda təşkil etdiyi sinif təşkilat saatı. Sinif rəhbəri:Yeganə Həsənova















"Təmizlik ayı" yekunlaşdı

Gimnaziyamızın yataqxanada qalan şagirdləri arasında dekabr ayı "Təmizlik ayı" elan edilmişdi, otağını ay ərzində ən təmiz saxlayan şagirdlərə hədiyyələr verildi və birgə çay süfrəsinə oturuldu.










10.12.2015

Narkomaniya əleyhinə mübarizə barədə seminar keçirildi

Bu gün gimnaziyamızda "Narkomaniya əleyhinə mübarizə" adlı seminar keçirilmişdir. Narkotiklərə Qarşi Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva, "Bizim Gənclik" İctimai birliyinin sədri Sona Əlizadə və Nərimanov rayon polis idarəsi yetkinlik yaşina çatmayanlarla iş bölməsinin inspektoru Emin Zeynalov çıxış edərək narkotik maddələrin zərəri və insan həyatına mənfi təsirləri barədə şagirdləri məlumatlandırmış, həmçinin seminar iştirakçılarının suallarını cavablandırmışlar.




9.12.2015

Şagirdlərimiz badminton yarışmasında

 Gimnaziyamızın şagirdləri badminton idman növü üzrə yarışlarda iştirak etmiş və diplomlarla təltif edilmişdir. Şagirdlərin hazırlanmasında sərf etdiyi əməyə görə idman müəllimi Tofiq Hüseynova təşəkkürlər.

1.12.2015

"Dərsdinləmə meyarları" ilə bağlı təqdimat

Gimnaziyada "Təhsildə keyfiyyət" aylığı ilə əlaqədar növbəti dərsdinləmələrə başlanılır. Dərslərin hansı meyarlar üzrə qiymətləndiriləcəyi barədə gimnaziyanın təmayül fənlər üzrə direktor müavini Ləman xanım Hacıyeva təqdimat edərək bütün fənn müəllimlərini məlumatlandırmış və onları maraqlandıran sualları cavablandırmışdır.

30.11.2015

Dərsdinləmə hansı meyarlar üzrə aparılır?


ELAN
Hörmətli həmkarlar!
Dərsdinləmə meyarlarına həsr olunmuş təqdimat 01 dekabr 2015-ci il tarixdə saat 14:30-da gimnaziyanın akt zalında keçiriləcək.
Bütün pedaqoji heyətin iştirakı vacibdir.
Müdiriyyət

28.11.2015

IX siniflərin monitorinqi keçirildi

Bu gün IX sinif şagirdlərimizin Azərbaycan dili və ədəbiyyat fənlərindən monitorinqi uğurla keçirildi. Nəzarətçi müəllimlərimizə təşəkkürlər!














27.11.2015

Gimnaziyamızda monitorinqə hazırlıq gedir

Gimnaziyamız IX siniflərin Azərbaycan dili və riyazayyat fənlərindən sabah keçiriləcək monitorinqinə hazırdır. Şagirdlərimizə uğurlar!

21.11.2015

"İKT bacarıqları" təlimi yekunlaşdı


"Həmkara dəstək" layihəsi çərçivəsində "İKT bacarıqları" təlimi gozəl təəssüratlarla yekunlaşdı. Təlim çərçivəsində müəllimlər Microsoft Office Word 2007 və Microsoft Office PowerPoint 2007 proqramlarında işləmək bacarıqlarına yiyələndilər. 








19.11.2015

Təlimlər davam edir


"Həmkara dəstək" layihəsi çərçivəsində "İKT bacarıqları" təliminin üçüncü günündə müəllimlərimiz daha da həvəslə iştirak etdilər.

18.11.2015

Müəllimlərimizə növbəti həmkarımızdan dəstək gəldi.



Təlim keçmiş müəllimlər və inzibati idarəetmə heyəti üzvlərinə informasiya kommunikasiya texnologiyalarının (İKT) təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidmətini gimnaziyamızda tərbiyə işləri üzrə direktor müavini Cəmilə xanım Allahverdiyeva göstərir. Cəmilə müəlliməyə rəhbərlik adından təşəkkür edir və uğurlar arzulayırıq!

"İKT bacarıqları" təlimi davam edir

"Həmkara dəstək" layihəsi çərçivəsində "İKT bacarıqları" təliminin ikinci günü.


17.11.2015

"İKT bacarıqları" təlimi başlandı

"Həmkara dəstək" layihəsi çərçivəsində "İKT bacarıqları" təliminə bu gün start verildi. Uğurlu olsun!











17 Noyabr Milli Dirçəliş günüdür

Gimnaziya rəhbərliyi xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edir!

Milli Dirçəliş günü — 17 noyabr 1992-ci ildə elan olunmuşdur1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında(keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

13.11.2015

Şagirdlərimiz Heydər Əliyev Mərkəzində

Gimnaziyamızın VIII sinif şagirdlərinin Ümummilli Lider adına olan Heydər Əliyev mərkəzinə ekskursiyası təşkil edildi. Mərkəzdə şagirdlərimiz Ulu Öndərimizin fəaliyyəti ilə yaxından tanış oldular.





12.11.2015

Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

11.11.2015

Açıq dərslər günü

Gimnaziyada təlim keyfiyyətinin yüksəldilməsi məqsədilə 10 - 11 noyabr 2015-ci il tarixlərində açıq dərslər keçirilmişdir.













9.11.2015

"Milli Bayraq Günü"nüz mübarək!


Gimnaziya rəhbərliyi adından xalqımızı 9 noyabr "Milli Bayraq Günü" münasibətilə təbrik edirik! 

Şagirdlərimizə bayrağımızı ölkə daxilində və xaricdə daima ucaltmalarını diləyirik!

Bayrağımızın tarixi haqqında qısa məlumat:  Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 17 noyabr1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

5.11.2015

Sinif nümayəndələri bir araya gəldi


Gimnaziyamızın sinif nümayəndələrinin növbəti toplantısı keçirilmişdir. Toplantıda sinif nümayəndələrinə verilən tapşırıqların  həyata keçirilməsi vəziyyətindən danışılmış, sinifdə hansı çətinliklərin olduğundan söhbət açılmış, mövcud problemlərin həlli yolları müzakirə edilmişdir. Sinif nümayəndələrinə növbəti tapşırıqlar verilmişdir. Sinifdə iş bölgüsünün aparılması məsləhət görülmüşdür. Sinif nümayəndələri ilə görüş günləri aşağıdakı kimi müəyyən edilmişdir:
II gün saat 13:30 - X - XI sinif nümayəndələrinin toplantısı
V gün saat 14:30 - V - IX sinif nümayəndələrinin toplantısı

4.11.2015

Şagirdlərimiz Nizami Gəncəvini belə canlandırdı


 Bacarsan hamının yükünü sən çək  İnsana ən böyük şərəfdir əmək              Özünü məclisdə şamtək dolandır  Özgənin işiyçün özünü yandır

Bu sətirlər dahi Azərbaycan şairi hər sözü bir kəlama çevrilən böyük mütəfəkkir Nizami Gəncəvinindir. Əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunub.Bu gün də ürəkləri fəth edən Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin yetirdiyinadir sənət dahiləri içərisində ən şərəfli yerlərdən birini tutur. Nizami sənəti özünün humanist ruhu, xalq arzu və istəklərinin aydın, təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün dövrlərdə müasir səslənmiş təqdir olunaraq izlənilmişdir.


29.10.2015

Tezliklə debat təlimləri keçiriləcək

Gimnaziyamızda debat təlimlərinə başlanılır. Bunun üçün şagirdlərin ilk toplantısı keçirilmiş və debat barədə məlumat verilmişdir. Daha sonra təlimdə iştirak etmək istəyən şagirdlər qeydə alınmışdır. Artıq debat təlimlərinin qrafiki qurulur. Tezliklə təlimlərə başlanılacaq.








27.10.2015

Sinif rəhbərləri bir araya gəldi

Oktyabr ayının 27-də sinif rəhbərlərinin növbəti toplantısı keçirilib. İclasda Şagirdlərin standart məktəbli formasına riayət etmə, ev tapşırıqlarını yerinə yetirmə, məktəbli kitabçalarının düzgün aparılması, sinif otaqlarının səliqəsi, təlimlərdə şagirdlərin psixoloji vəziyyəti barədə söhbətlər aparılmışdır. Sinif rəhbərlərinə "Uşaq hüquqları qanunvericiliklə ilk tanışlıq" haqqında paylama materialları verilmişdir. Sonda hər həftənin 3-cü günü saat 12:00-da sinif rəhbərlərinin toplantısı vaxtı müəyyənləşdirildi.



Gimnaziyamızda "Hallowen"in ilk qədəmi

Gimnaziyamızın İngilis dili müəllimi Lalə Həmidova 3ç sinfində "Hallowen" bayramını açıq dərs şəklində qeyd etdi. Dərsdə şagirdlər qrup işi formasında "Hallowen"lə bağlı tapşırıqları yerinə yetirərək çoxsaylı məlumatlar əldə etdilər. Qruplar tapşırığı vaxtında və düzgün yerinə yetirdiklərinə görə təşəkkür kartları ilə mükafatlandırıldı. Daha sonra müxtəlif öyrədici "Hallowen" oyunları oynanıldı. Oyunlar zamanı şagirdlər İngilis dilində "Hallowen"lə bağlı şeirlər söyləyib, mahnılar oxudular. Qonşu sinfin bayramlaşmağa gəlməsi isə sinif şagirdləri üçün əsl sürpriz oldu. "Hallowen" ənənəsinə uyğun olaraq bir-birlərini təbrik edib, bayram payı verdilər.
Dərsin sonunda Lalə müəllimə şagirdlərə "Hallowen"lə bağlı əldə edilmiş yeni bilikləri İngilis dilində (tərcümə etməklə) ümumiləşdirdi.
Dərs şagirdlər üçün əsl "Hallowen" bayramı oldu və inanırıq ki, uzun müddət şagirdlərin yaddaşından silinməyəcək.
Gözəl dərsə görə Lalə müəlliməyə təşəkkürlər!



26.10.2015

Как сдают экзамены в разных странах?

Что такое экзамен? Экзаменом называют итоговую форму оценки знаний учащихся. Но по сути это не только поверка знаний, а ещё и особый процесс, в ходе которого отбираются лучшие ученики. И для того чтобы этот отбор был максимально адекватным и объективным, составители экзаменов должны учитывать множество особенностей, таких как правильное составление заданий, проведение экзаменов в нужное время, создание конкретной обстановки и множество других. Ведь от этого зависит то, как будет проходить сама подготовка к испытаниям, а значит, и сами результаты. К примеру, если экзамены будут представлять собой тесты, то ученики должны максимально активизировать такие психические свойства личности как внимание, память и логическое мышление.  Если же экзамен будет проходить в устной форме, то нужно обратиться к памяти, риторике и актёрскому мастерству и т.д. И в каждой стране мира ко всем этим вопросам относятся по-разному. О том, как сдаются экзамены в других странах мы сегодня и поговорим.

Şagirdlərimiz sərgidə

Şagirdlərimiz N.Nərimanov metrosunun keçidində sərgilənən dünyanın ən məşhur rəssamlarının əsərləri ilə tanış oldular.

25.10.2015

Şagirdlərdə mütaliə vərdişləri yaradılmalıdır

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri 

Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə  incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir.

24.10.2015

Şagirdlərə ev tapşırıqlarının verilməsinə qadağa qoyulub?

FaktXəbər-in verdiyi məlumata görə Azərbaycan Təhsil Nazirliyi ibtidai sinif şagirdlərinə ev tapşırıqlarının verilməsinə qadağa qoyulması barədə bəzi müəllimlərin söylədiyi fikirlərə aydınlıq gətirib.
Nazirlikdən Trend-ə bildirilib ki, ibtidai sinif şagirdləri üçün ev tapşırığının nəzərdə tutulmaması barədə göstəriş olmayıb və bu, pedaqoji-psixoloji cəhətdən düzgün sayıla bilməz: “Sadəcə olaraq, müəllimlərə, xüsusilə də ibtidai sinif müəllimlərinə tövsiyə olunur ki, şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirsinlər, təlim materiallarının əsas hissəsinin sinifdə mənimsədilməsinə nail olsunlar. O da tövsiyə edilir ki, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir”.
Xatırladaq ki, artıq bəzi ibtidai sinif müəllimləri belə bir qadağanın qoyulduğunu əsas gətirərək ev tapşırıqlarının sayını xeyli azaldıblar, ibtidai sinifdə dərs keçən ingilis dili müəllimləri isə şagirdlərin dəftərlərinə yeni sözləri qeyd etmir, yeni sözləri yalnız dərs zamanı öyrətməklə kifayətlənirlər.

23.10.2015

Sinif nümayəndələri ilə görüş keçirildi

Bu gün Gimnaziyamızda rəhbərlik bütün siniflərin nümayəndələri ilə görüş keçirib. Görüşdə sinif nümayəndələri vəzifələri ilə tanış edilib, yeni tədbirlər barədə məlumatlar verilib, sinif şagirdlərinin tədbirlərdə fəal iştirakını təmin etmək, sinif otaqlarının səliqəsini qorumaq tapşırılıb. Nümayəndələrin təklifləri dinlənilib, qeydlər aparılıb. 






22.10.2015

Gimnaziya şagirdləri alimlik yolunda

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, Aqrar, Riyaziyyat, Tarix institutlarından Gənc alim ve mütəxəssislər şurası  22.10.2015-ci il tarixdə Gimnaziyamizda şagirdlərlə "Əylənək-öyrənək" adlı görüş keçirmişlər. Görüşdə sagirdlərimizin maraqlı sualları daha çox diqqət çəkmişdir.




Məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi keçiriləcək

Məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”
mövzusunda respublika müsabiqəsinin əsasnaməsi
I. Müsabiqənin məqsəd və vəzifələri
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsi 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına və “2016-2025-ci illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı”na uyğun olaraq Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etməsi və bu sahədə onların bilik və bacarıqlarını genişləndirilməsi məqsədilə keçirilir.

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamına uyğun olaraq, "Ən yaxşı müəllim" müsabiqəsinin (bundan sonra müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.

21.10.2015

Gimnaziyamızın müəllimləri Akademik Milli Dövlət Dram Teatrında

Gimnaziyamızın müəllimləri oktyabrın 21-də Akademik Milli Dövlət Dram Teatrında Dahi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə hazırlanmış "Gülüstan" poemasının səhnələşdirilmiş tamaşasında olublar.



Gimnaziya rəhbərliyi müəllimlərlə toplantı keçirdi

Gimnaziya rəhbərliyi 21 oktyabr tarixdə müəllimlər otağında müəllimlərlə görüş keçirmiş, 2015/2016-cı tədris ilində ictimai işlərdə fəal olan Azərbaycan dili və ədəbiyyat müəllimi, həmçinin kafedra müdiri Kifayət Əliyevaya təşəkkür elan etmişdir. 
Daha sonra müəllimlər Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrin məzmunu tanış edilmiş və bu müsabiqələrdə fəal olmağa səslənmiş və iştirakları üçün rəhbərliyin onları daim dəstəklədiyi bildirilmişdir.












Gimnaziyamız IV siniflərdə dərs deyən müəllimləri “Təməl” Təqaüd Proqramında iştiraka səsləyir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini növbəti “Təməl” Təqaüd Proqramında iştiraka dəvət edir. 

Proqram 120 akademik saat təşkil edir (həftədə 1 dəfə 4 akademik saat hesabı ilə).  
Təlim modulları:
• Uşaq psixologiyası
• Pedaqoji ustalıq praktikumu (metodika və didaktika)
• Sinfin idarəedilməsi
• Elektron tədris resurslarının hazırlanması.
 

20.10.2015

Gimnaziyamızda Milli Müstəqillik günü qeyd olundu


Bu gün Gimnaziyamızda Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir, iştirakçıların müşayiəti ilə Azərbaycan Dövlət Himninin səsləndirilməsilə başlanmışdır. Əvvəlcə Dövlət Müstəqilliyimizin tarixi haqqında məlumat verilmiş, daha sonra şagirdlərimiz şeir, musiqi, səhnəcik və rəqs ilə çıxış etmişlər. Tədbirin sonunda Gimnaziya rəhbəri Xuraman xanım Osmanova bütün kollektivi Milli Müstəqillik günü münasibətilə təbrik etmiş və vətənpərvər şagirdlərimizlə qürür duyduğunu bildirmidir.

19.10.2015

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 

Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 

Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Və bu gün Mütəqilliyimizin 24 yaşı tamam oldu. Gimnaziyamızın valideyn, müəllim və şagird kollektivini Milli Müstəqillik günü münasibətilə təbrik edir, Müstəqil Respublikanın müstəqil vətəndaşları kimi həyatda öz layiqli yerinizi tutmağınızı arzulayırıq!

16.10.2015

Gimnaziya Həmkarlar Komitəsinin növbəti iclası keçirilmişdir


16 oktyabrda Gimnaziyamızda Həmkarlar Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda əvvəldən elan olunmuş və mətni müəllimlərə verilmiş "Müəlllimlərin etik davranış qaydaları" və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təqdimat şəklində iclas iştirakçılarının nəzərinə çatdırılmışdır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" kitabça şəklində iştirakçıllara paylanmışdır. Etik davranış qaydaları və Təhsil strategiyasının müxtəlif maddələrinə nə dərəcədə əməl olunduğu, hansı maddələrə diqqəti daha da artırmaq lazım olduğu müzakirə olunmuşdur. Sonda "Müəllim andı" başda Gimnaziya rəhbəri Xuraman xanım Osmanova olmaqla bütün müəllimlər tərəfindən birlikdə səsləndirilmiş və yazılı mətni imzalanmışdır. 

11.10.2015

Müəllimlərin etik davranış qaydaları



Gimnaziyamızın müəllimlərini birləşdirən qrup

Gimnaziyamızın pedaqoji heyətinin təhsil sahəsində işgüzar müzakirələri üçün facebookda qrup yaradılmışdır. "Bizim Gimnaziya" adlanan qrup  S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının pedaqoji kollektivinin birliyini təmin edəcək bir qrupdur ki, burada təhsildə olan yeniliklər, elanlar, müsabiqələr haqqında məlumatlar dərc olunacaq. Müəllimlər qrupa daxil olmaqla təhsillə bağlı ən son yeniliklərdən xəbər tutmaq imkanı tapacaq.
Aşağıdakı linkə toxunmaqla qrupa keçid edə bilərsiniz. Qrupa daxil olmaq üçün "Qrupa qoşul" düyməsinə toxunun.