19.10.2015

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 

Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 

Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Və bu gün Mütəqilliyimizin 24 yaşı tamam oldu. Gimnaziyamızın valideyn, müəllim və şagird kollektivini Milli Müstəqillik günü münasibətilə təbrik edir, Müstəqil Respublikanın müstəqil vətəndaşları kimi həyatda öz layiqli yerinizi tutmağınızı arzulayırıq!

Hiç yorum yok:

Yorum Gönder