3.10.2015

"Müəllimlər günü" xüsusi tədbirlə qeyd olundu


"Mənə bir hərf öyrədənin köləsi olaram" adlı bayram tədbirinə gimnaziyamızın bütün müəllimləri, o cümlədən ömrünü gimnaziyada dərs deməklə keçirmiş, hal-hazırda təqaüddə olanlar dəvət olunmuşdu. Gimnaziyanın rəhbəri Xuraman xanım Osmanova müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara can sağlığı, həyatda uğurlar, işlərində yeni-yeni nailiyyətlər arzulamışdır. Ömrünün uzun illərini, həyatının şirin çağlarını şagirdlərinin təlim-tərbiyəsinə həsr etmiş və bu işin öhtəsindən layiqincə gəlmiş, təqaüddə olan müəllimlər Balaxanım müəllim, Şəfiqə müəllim, Fəridə müəllim, Zərifə müəllim,Xuraman müəllim, Şikar müəllim və Rzaxan müəllim təbrik edilmiş və söz onlara verilmişdir. Onlar gimnaziyanın hazırkı vəziyyətindən məmnunluq duyduqlarını bildirmişlər. Həmin gün yubileyləri olan Reyhan müəllim, Ulduzə müəllim və İlham müəllim xüsusi olaraq təbrik edilmişdir. Gimnaziya şagirdlərinin müəllimlərinə dərin ehtiram və sevgilə hazırladıqları çıxışlar müəllimlər üçün ən böyük hədiyyə olmuşdur. 11a sinfindən Abdullayev Orxanın tarda, Şəhlanın qanunda ifası, 11-cu sinif şagirdi Çingizin söz və musiqisini özü yazdığı və gitarada ifa etdiyi "Müəllim" mahnısı, 10-cu sinifdən Məmmədov Nailin çıxışı, 7a sinfindən Gülüstanın kamançada ifası, Turalın qarmon çalması, 6ç sindindən Elməddin və Seyidin ifaları, 5c sinfindən Ülvinin saz havası bütün tədbir iştirakçılarına xoş anlar yaşatmışdır. "Gəlin görək, özümüzü necə tanıyırıq" adlı sorğu və viktorina tədbirə rəng qatmışdır. Viktorinada püşkatma vasitəsilə seçilən mahnı ifa etmək, lətifə danışmaq, şeir söyləmək, xatirələri yada salmaq kimi tapşırıqlar müəllimlər tərəfindən həvəslə yerinə yetirilmişdir. Yeganə Ağayeva və Yeganə Həsənovaya "Bilik günü" tədbirinin təşkilinə görə təşəkkürnamalər təqdim olunmuş və bütün müəllimlərə hədiyyələr paylanmışdır. Tədbir böyük bir bayrama çevrilmiş, küsülülər barışdırılmışdır. Tədbir şagirdlərin sevgi ilə hazırladıqları müxtəlif çıxışlar və müəllimlərin öz nitqləri ilə yaddaşlara yazılmışdır. 
Rəhbərlik adından tədbirin təşkilatçısı Kifayət Əliyevaya dərin təşəkkürümüzü bildiririk!























































Hiç yorum yok:

Yorum Gönder