4.11.2015

Şagirdlərimiz Nizami Gəncəvini belə canlandırdı


 Bacarsan hamının yükünü sən çək  İnsana ən böyük şərəfdir əmək              Özünü məclisdə şamtək dolandır  Özgənin işiyçün özünü yandır

Bu sətirlər dahi Azərbaycan şairi hər sözü bir kəlama çevrilən böyük mütəfəkkir Nizami Gəncəvinindir. Əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunub.Bu gün də ürəkləri fəth edən Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin yetirdiyinadir sənət dahiləri içərisində ən şərəfli yerlərdən birini tutur. Nizami sənəti özünün humanist ruhu, xalq arzu və istəklərinin aydın, təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün dövrlərdə müasir səslənmiş təqdir olunaraq izlənilmişdir.



Bu gün Humanitar fənlər gimnaziyasında Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş "Nizami Gəncəvi məktəblilərin gözü ilə" adlı ədəbi-bədii kompazisiya keçirildi.Burada məqsəd şagirdləri Nizaminin yaradıcılığı ilə yaxından tanış etmək, bu əsərlərin tərbiyəvi əhəmiyyətini aşılamaq idi.Hər əsər haqqında qısa məlumat verildikdən sonra mövzuilə bağlı şagirdlər tərəfindən səhnəciklər oynanıldı." Kərpickəsən kişinin dastanı", " Xosrov və Fərhadın deyişməsi","Leylinin ölüm səhnəsi","Xeyir və Şər" əsəri, "İsgəndər və Nüşabənin dialoqu"səhnələşdirildi.

Şagirdlərin çox həvəslə qatıldığı bu tədbirin onların həyatında mühüm rol oynadığının bir daha şahidi oldum. Onlar Nizami irsini dərindən mənimsəməklə yanaşı, ədalətli, həmişə xeyir işlər görməyi, yaxşılıq etməyi bir daha öyrəndilər.

Gimnaziyanın direktoru Xuraman xanım Osmanlı sonda şagirdlərimizə öz təşəkkürlərini bildirdi. Bu şagirdlərin təşəkkürnamə ilə təltif olunmasını vurğuladı.X sinif şagirdi RÜSTƏMLİ GÜLTACIN  Leyli obrazını necə məharətlə oynadığını, onun səhnədəki ölümündən çox təsirləndiyini bildirdi.Xeyir və Şər obrazını oynayan Əsgərov Fərid və Fuad qardaşlarının bu rolların öhdəsindən bacarıqla gəldiyini söylədi. RÜSTƏMLİ AYTACIN simasında Nüşabə obrazı Azərbaycan qızlarının məğrurluq simvolu kimi yaddaşlarda qaldı.İsgəndər obrazını oyunçusu Yusif də öz işini layiqincə yerinə yetirdi.

Bütün müəllim və şagird kolektivi bu tədbirin təşkilatı işindən çox razı qaldıqlarını bildirdilər. Sonda " Uzundərə" rəqsi ilə tədbir iştirakçıları hamını rəqsə dəvət etdilər. Sanki əsl Nizami Gəncəvi bayramı yaşanırdı.Ölməz şairimizin divardakı şəklində bir məmnunluq duyulurdu sanki...

P.S Belə ədəbi-bədii gecələr,umumiyyətlə şagirdlərin dünya görüşünün inkişafında onların öz  fikirlərini səlis ifadə etməsində çox mühüm bir addımdır.

Gimnaziyamızda keçirilən tədbir barədə yeniaxratıs.az və xəbərxətti.com saytları xəbər verdi:

Hiç yorum yok:

Yorum Gönder