14.09.2015

Bakı 2015 Avropa Oyunları haqqında 50 fakt


  1. Bakı 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən – qitə üçün maraqlı və mütərəqqi yeni multi-idman tədbirinə çevriləcəkdir.
  2. Bakı, Oyunların keçirilməsi üçün ev sahibliyinə Avropa Olimpiya Komitəsinin 2012-ci ilin dekabrında keçirilmiş Baş Assambleyasında layiq görülmüşdür. Oyunlara hazırlıq komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyeva sədrlik etmiş və hazırlıqlar ölkə başçısı cənab İlham Əliyevin gündəlik nəzarət və təlimatları altında həyata keçirilmişdir.
  3. Oyunlar 17 yarış günü müddətində 12-28 iyun tarixləri arasında keçirilməkdədir.
  4. Oyunlarda avropanın 50 Milli Olimpiada Komitəsindən 6000-ə yaxın idmançı iştirak etməkdədir.
  5. Avropa Olimpiadası kimi də tanımlanan Baku-2015 zamanı 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Bunlardan 12 idman növündə isə idmançılara Rio 2016 olimpiada oyunları üçün kvalifikasiya imkanları yaradılacaq.

  1. Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş olan açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri vardı.
  2. Baku 2015-in açılış və qapanış mərasimləri üçün 68000 nəfərlik tutumu olan xüsusi Olimpiada Stadionu inşa edilmişdir.
  3. Çox sayda yerli ulduzlarla yanaşı dünya şöhrətli ulduz Lady Gaganın da səhnəyə çıxdığı açılış mərasimi Pekin və London olimpiadasından daha möhtəşəm təşkil olunmuşdur.
  4. Nəqliyyat xidməti üçün 500-dən çox taksi və sedan, 12 milyon km-lik sürücülük təcrübəsi olan 1970 nəfər sürücü və 330 məşqçi fəaliyyət göstərir.
  5. Atletlər kəndində 80000 kq ərzaq istehsalı gücündə dünyanın ən böyük mətbəxlərindən biri qurularaq istifadəyə verilmişdir.
  6. Oyunların marşrut şəbəkəsi 47 km-dir və burada 20-dən çox əsas nəqliyyat infrastrukturu layihəsi hazırlanmışdır.
  7. Beynəlxalq İdman Yayımı (BİY) Baku-2015-in Əsas Yayım Agentliyidir .
  8. Hazırda 80-dən çox ölkənin televiziya stansiyaları ilə imzalanmış yayım müqavilələri var.
  9. 830 saat yayım planlaşdırılmışdır.
  10. 750-yə yaxın media ajansı oyunların vacib məqamlarını yayımlamaqdadır.
  11. Hazırda 442 nəfəri əcnəbi olmaqla 1900 nəfər Bakı-2015 Avropa Oyunları Komitəsi üzvü gecə gündüz çalışmaqdadır. Burada 5 qitədən dəvət olunmuş 43 fərqli millətin təmsilçisi olan mütəxəssislər fəaliyyət göstərməkdədirlər.
  12. Bakıya oyunların keçirilməsinə hazırlıq məqsədilə 20000 podratçı cəlb edilmişdir.
  13. Bütün kadrlar Olimpiya Oyunları, Qış Olimpiya Oyunları və böyük əhəmiyyətli qlobal idman tədbirlərində beynəlxalq, yuxarı səviyyəli təcrübəyə malikdirlər.
  14. Hazırda 1450-dən çox azərbaycanlı Bakı Avropa Oyunları Komitəsi heyətində çalışmaqdadır.
  15. Beynəlxalq işçilərdən yerli kadrlara Biliklərin Ötürülmə Proqramı  hazırlanmışdır.
  16. Yerli resursların gələcək tədbirlərə hazırlığını təmin etmək üçün Oyunların Akademiya Proqramı  ərsəyə gətirilmişdir.
  17. Oyunlar Akademiyasının Avropadan 26 nəfər  və 162 nəfər azərbaycanlı olmaqla 188 məzunu var.
  18. Açılış Mərasimində ənənəvi Azərbaycan mədəniyyəti bayram edildi ki, bu da Avropada tədbiri keçirən şəhərin rolunu lazımınca əks etdirmiş oldu. Mədəni şouda 10000-dən çox insan səhnəyə çıxdı.
  19. Açılış Mərasiminin Bədii Rəhbəri, Dimitris Papaioannou Afina 2004 Olimpiya Oyunları tədbirlərindəki öz möhtəşəm işinə görə yüksək qiymətləndirilir
  20. Bağlanış Mərasiminin Bədii Rəhbəri, Ceyms Hadlinin professional teatrda, sirk sənətində və istiqamətləndirici genişmiqyaslı tədbirlərdə 25 ildən çox təcrübəsi vardır. O, Cirque du Soleilin Baş Bədii Rəhbəri olmuşdur.
  21. Açılış və Bağlanış mərasimində 2000-dən çox yayım aparılacaqdır.
  22. Açılış və bağlanış mərasimlərini qlobal aparıcı istehsal şirkəti FiveCurrents hazırlayacaqdır
  23. Bakı-2015 Avropa oyunlarının 20 sponsoru mövcuddur.
  24. Rəsmi oyun tarixləri 12-28 iyun.
  25. Avropanın 50 Milli Olimpiada Komitəsi təmsilçiləri komandaları ilə birgə yarışa qatılacaqlar.
  26. 20 idman növü üzrə yarışlar təşkil olunacaq.
  27. 12 idman növü (Oxatma, Atletika, Boks, Velosiped İdmanı, Cüdo, Atıcılıq, Üzgüçülük, Stolüstü Tennis, Taekvando, Triatlon, Voleybol, Güləş)üzrə isə idmançılara Rio 2016 olimpiada oyunları üçün kvalifikasiya imkanları yaradılacaq.
  28. Toplam medal dəsti — 253
  29. Toplam yarış günü — 17
  30. 6000-dən çox idmançı
  31. 3000-dən çox komanda rəsmiləri iştirak edəcəklər.
  32. 1000-dən çox beynəlxalq səviyyəli məşqçi, 650-dən çox komandanın rəsmi məşqçiləri yarışlarda iştirak edəcəklər.
  33. Yarışlar üçün 18 obyekt təsis olunmuşdur.
  34. Yarış obyektlərindən 12-si daimi təsislərdir ki, bunlardan beşi yeni inşa olunaraq istifadəyə verilmişdir. (5 yeni tikili – Milli Gimnastika Arenası, BMX Velopark, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi, Olimpiya stadionu)
  35. Müvəqqəti 6 yarış obyekti təsis olunmuşdur: Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosiped Veloparkı, Triatlon, Velosiped yarışı və müddətli yarış.
  36. Yarışdan əlavə 32 təsis qurulmuşdur.
  37. 10 təlim obyekti təsis olunmuşdur.
  38. Oyunları 1000-dən çox media təmsilçisi işıqlandırmaqdadır.
  39. Radio və Televiziya yaım şirkəti — Beynəlxalq İdman Yarışları Yayımı (İSB)
  40. Təxminən 800 yayım saatı
  41. Qonaqlar üçün təxmini 110000 otel gecəsi.
  42. Oyunlar üçün planlaşdırılmış hava nəqliyyatı şəbəkəsi: 54 təyyarə, 54 şəhər, 22 ölkə.
  43. Oyunların donanması üçün 871 avtomobil və məşqçi. 1970 sürücü.
  44. Atletlər kəndində 13 luks binada 3755 yataq otağı mövcuddur. 3 yataq otaqlı mənzil 190 kv.metrdir.
  45. Mətbuat işçiləri kəndində 4 luks binada 1464 yataq otağı mövcuddur.

Hiç yorum yok:

Yorum Gönder