15.09.2015

Gimnaziyamızda "Bilik günü"


Gimnaziyamızda "Bilik günü" xüsusi tədbirlə qeyd olunmuşdur. Tədbiri gimnaziyanın rəhbəri Xuraman xanım Osmanova açıq elan etmiş və şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək gimnaziyada həyata keçirilən yeniliklərdən söhbət açmışdır. Sonra Gimnaziyanın təlim-tərbiyə işləri üzrə direktor müavini Əbdürəhman Məmmədov çıxış etmiş, müəllim və şagird kollektivini yeni tədris ili münasibətilə təbrik etmişdir. Daha sonra söz valideynlərə verilmişdir. Valideyn Səfdər Xəlilov Avropa oyunları haqqında məlumat verərək, bunun dövlətimiz üçün əhəmiyyətindən danışmışdır. Digər valideynlər də gimnaziyanın hal-hazırki vəziyyətindən şad olduqlarını və gələcəkdə yeni uğurların əldə edilməsinə inamlı olduqlarını bildirmişlər. Sonda öz çıxışlarını təqdim etmək üçün söz gimnaziya şagirdlərinə verilmişdir.

















Hiç yorum yok:

Yorum Gönder