30.11.2015
28.11.2015
27.11.2015
21.11.2015
19.11.2015
18.11.2015
Müəllimlərimizə növbəti həmkarımızdan dəstək gəldi.

Təlim keçmiş müəllimlər və inzibati idarəetmə heyəti üzvlərinə informasiya kommunikasiya texnologiyalarının (İKT) təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidmətini gimnaziyamızda tərbiyə işləri üzrə direktor müavini Cəmilə xanım Allahverdiyeva göstərir. Cəmilə müəlliməyə rəhbərlik adından təşəkkür edir və uğurlar arzulayırıq!
17.11.2015
17 Noyabr Milli Dirçəliş günüdür
Gimnaziya rəhbərliyi xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edir!
Milli Dirçəliş günü — 17 noyabr 1992-ci ildə elan olunmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında(keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Milli Dirçəliş günü — 17 noyabr 1992-ci ildə elan olunmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında(keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
13.11.2015
12.11.2015
Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
11.11.2015
9.11.2015
"Milli Bayraq Günü"nüz mübarək!
Gimnaziya rəhbərliyi adından xalqımızı 9 noyabr "Milli Bayraq Günü" münasibətilə təbrik edirik!
Şagirdlərimizə bayrağımızı ölkə daxilində və xaricdə daima ucaltmalarını diləyirik!
Bayrağımızın tarixi haqqında qısa məlumat: Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 17 noyabr1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
5.11.2015
Sinif nümayəndələri bir araya gəldi

Gimnaziyamızın sinif nümayəndələrinin növbəti toplantısı keçirilmişdir. Toplantıda sinif nümayəndələrinə verilən tapşırıqların həyata keçirilməsi vəziyyətindən danışılmış, sinifdə hansı çətinliklərin olduğundan söhbət açılmış, mövcud problemlərin həlli yolları müzakirə edilmişdir. Sinif nümayəndələrinə növbəti tapşırıqlar verilmişdir. Sinifdə iş bölgüsünün aparılması məsləhət görülmüşdür. Sinif nümayəndələri ilə görüş günləri aşağıdakı kimi müəyyən edilmişdir:
II gün saat 13:30 - X - XI sinif nümayəndələrinin toplantısı
V gün saat 14:30 - V - IX sinif nümayəndələrinin toplantısı
4.11.2015
Şagirdlərimiz Nizami Gəncəvini belə canlandırdı
Bacarsan hamının yükünü sən çək İnsana ən böyük şərəfdir əmək Özünü məclisdə şamtək dolandır Özgənin işiyçün özünü yandır
Bu sətirlər dahi Azərbaycan şairi hər sözü bir kəlama çevrilən böyük mütəfəkkir Nizami Gəncəvinindir. Əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunub.Bu gün də ürəkləri fəth edən Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin yetirdiyinadir sənət dahiləri içərisində ən şərəfli yerlərdən birini tutur. Nizami sənəti özünün humanist ruhu, xalq arzu və istəklərinin aydın, təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün dövrlərdə müasir səslənmiş təqdir olunaraq izlənilmişdir.
Kaydol:
Kayıtlar (Atom)