30.09.2015
Nizam-intizam və təmizlik ayı elan olundu
29.09.2015
26.09.2015
"İKT bacarıqları" monitorinqi keçiriləcək
Diqqət!
Gimnaziyanın
pedaqoji iş kollektivinin nəzərinə!
28.09.2015-ci il tarixdə “İKT
bacarıqları” monitorinqi başlayır. Monitorinq bir neçə mərhlədə aparılacaq. I mərhələ 29.09.2015-ci il tarixində saat 14.30-da keçiriləcək.
25.09.2015
Qurban bayramınız mübarək!
S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının rəhbərliyi gimnaziya kollektivini, valideyn və şagirdləri dünya müsəlmanlarının müqəddəs bayramı olan Qurban bayramı münasibətilə təbrik edir, bütün ailələrə birlik, sağlamlıq, xoşbəxtlik, evlərə bol ruzi-bərəkət arzulayır. Dualarınızın və qurbanlarınızın qəbul olması diləyi ilə bayramınız mübarək olsun!
24.09.2015
“Elektron Təhsil” Respublika müsabiqəsinə start verildi
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 21 sentyabr 2015-ci il tarixdə “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasını elan edir.
Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.
Rəsmi Facebook səhifəmiz fəaliyyətə başladı
https://www.facebook.com/Humanitar-F%C9%99nl%C9%99r-Gimnaziyas%C4%B1-1888082664750230/timeline/
18.09.2015
17.09.2015
IX sinfə şagird qəbulu davam edir
S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının IX sinfinə şagird qəbulu 25 sentyabr tarixədək uzadıldı. Maraqlananlar gimnaziyanın qəbul şöbəsinə ərizə ilə müraciət etsinlər.
Əlaqə telefonu: (012) 567-22-17
Əlaqə telefonu: (012) 567-22-17
Müdiriyyət
16.09.2015
Təşəkkürnamə
15 sentyabr 2015-ci il tarixdə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında Tədris
ilinin başlanması və “Bilik günü” ilə əlaqədar tədbirdə fəal iştirakına görə Əhmədzadə Rza İbrahim oğlu
Əliyeva Nigar Ramiz qızı
Rəhimova Nigar Rövşən qızı
Nəbizadə
Hüseyn Gündüz oğlu
Əliyeva Ləman Elmar qızı
Eyyubova Leylaxanım Rüfət qızı
Hüseynov Həsən Natiq oğluna
təşəkkür elan edilir
Müdiriyyət
15.09.2015
Gimnaziyamızda "Bilik günü"
Gimnaziyamızda "Bilik günü" xüsusi tədbirlə qeyd olunmuşdur. Tədbiri gimnaziyanın rəhbəri Xuraman xanım Osmanova açıq elan etmiş və şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək gimnaziyada həyata keçirilən yeniliklərdən söhbət açmışdır. Sonra Gimnaziyanın təlim-tərbiyə işləri üzrə direktor müavini Əbdürəhman Məmmədov çıxış etmiş, müəllim və şagird kollektivini yeni tədris ili münasibətilə təbrik etmişdir. Daha sonra söz valideynlərə verilmişdir. Valideyn Səfdər Xəlilov Avropa oyunları haqqında məlumat verərək, bunun dövlətimiz üçün əhəmiyyətindən danışmışdır. Digər valideynlər də gimnaziyanın hal-hazırki vəziyyətindən şad olduqlarını və gələcəkdə yeni uğurların əldə edilməsinə inamlı olduqlarını bildirmişlər. Sonda öz çıxışlarını təqdim etmək üçün söz gimnaziya şagirdlərinə verilmişdir.
14.09.2015
Bakı 2015 Avropa Oyunları haqqında 50 fakt
- Bakı 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən – qitə üçün maraqlı və mütərəqqi yeni multi-idman tədbirinə çevriləcəkdir.
- Bakı, Oyunların keçirilməsi üçün ev sahibliyinə Avropa Olimpiya Komitəsinin 2012-ci ilin dekabrında keçirilmiş Baş Assambleyasında layiq görülmüşdür. Oyunlara hazırlıq komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyeva sədrlik etmiş və hazırlıqlar ölkə başçısı cənab İlham Əliyevin gündəlik nəzarət və təlimatları altında həyata keçirilmişdir.
- Oyunlar 17 yarış günü müddətində 12-28 iyun tarixləri arasında keçirilməkdədir.
- Oyunlarda avropanın 50 Milli Olimpiada Komitəsindən 6000-ə yaxın idmançı iştirak etməkdədir.
- Avropa Olimpiadası kimi də tanımlanan Baku-2015 zamanı 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Bunlardan 12 idman növündə isə idmançılara Rio 2016 olimpiada oyunları üçün kvalifikasiya imkanları yaradılacaq.
13.09.2015
12.09.2015
9.09.2015
4.09.2015
Gimnaziyamızın məktəbli forması
3.09.2015
2.09.2015
Şagird qəbulu müsabiqə yolu ilə həyata keçirildi

02.09.2015-ci il tarixdə Gimnaziyamızın V və X siniflərinə şagird qəbulu üçün imtahan keçirilmişdir. Şagirdlər öz biliklərini sərbəst şəkildə ifadə etmələri üçün lazımi şəraitlə təmin olunmuş və imtahan qaydalara uyğun şəkildə başa çatdırılmışdır. Nəticələr 03 sentyabr tarixdə açıqlanacaqdır. Apelyasiya isə 04 sentyabr tarixində həyata keçiriləcəkdir. Bütün imtahan iştirakçılarına uğurlar arzulayırıq!
Kaydol:
Kayıtlar (Atom)