29.10.2015
27.10.2015
Sinif rəhbərləri bir araya gəldi

Gimnaziyamızda "Hallowen"in ilk qədəmi
Gimnaziyamızın
İngilis dili müəllimi Lalə Həmidova 3ç sinfində "Hallowen" bayramını açıq dərs şəklində qeyd etdi. Dərsdə şagirdlər qrup işi formasında "Hallowen"lə bağlı tapşırıqları yerinə yetirərək çoxsaylı məlumatlar əldə etdilər. Qruplar tapşırığı vaxtında və düzgün yerinə yetirdiklərinə görə təşəkkür kartları ilə mükafatlandırıldı. Daha sonra müxtəlif öyrədici "Hallowen" oyunları oynanıldı. Oyunlar zamanı şagirdlər İngilis dilində "Hallowen"lə bağlı şeirlər söyləyib, mahnılar oxudular. Qonşu sinfin bayramlaşmağa gəlməsi isə sinif şagirdləri üçün əsl sürpriz oldu. "Hallowen" ənənəsinə uyğun olaraq bir-birlərini təbrik edib, bayram payı verdilər.
Dərsin sonunda Lalə müəllimə şagirdlərə "Hallowen"lə bağlı əldə edilmiş yeni bilikləri İngilis dilində (tərcümə etməklə) ümumiləşdirdi.
Dərs şagirdlər üçün əsl "Hallowen" bayramı oldu və inanırıq ki, uzun müddət şagirdlərin yaddaşından silinməyəcək.
Gözəl dərsə görə Lalə müəlliməyə təşəkkürlər!
26.10.2015
Как сдают экзамены в разных странах?
Что такое экзамен? Экзаменом называют итоговую форму оценки знаний учащихся. Но по сути это не только поверка знаний, а ещё и особый процесс, в ходе которого отбираются лучшие ученики. И для того чтобы этот отбор был максимально адекватным и объективным, составители экзаменов должны учитывать множество особенностей, таких как правильное составление заданий, проведение экзаменов в нужное время, создание конкретной обстановки и множество других. Ведь от этого зависит то, как будет проходить сама подготовка к испытаниям, а значит, и сами результаты. К примеру, если экзамены будут представлять собой тесты, то ученики должны максимально активизировать такие психические свойства личности как внимание, память и логическое мышление. Если же экзамен будет проходить в устной форме, то нужно обратиться к памяти, риторике и актёрскому мастерству и т.д. И в каждой стране мира ко всем этим вопросам относятся по-разному. О том, как сдаются экзамены в других странах мы сегодня и поговорим.
25.10.2015
Şagirdlərdə mütaliə vərdişləri yaradılmalıdır
Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir.
24.10.2015
Şagirdlərə ev tapşırıqlarının verilməsinə qadağa qoyulub?
FaktXəbər-in verdiyi məlumata görə Azərbaycan Təhsil Nazirliyi ibtidai sinif şagirdlərinə ev tapşırıqlarının verilməsinə qadağa qoyulması barədə bəzi müəllimlərin söylədiyi fikirlərə aydınlıq gətirib.
Nazirlikdən Trend-ə bildirilib ki, ibtidai sinif şagirdləri üçün ev tapşırığının nəzərdə tutulmaması barədə göstəriş olmayıb və bu, pedaqoji-psixoloji cəhətdən düzgün sayıla bilməz: “Sadəcə olaraq, müəllimlərə, xüsusilə də ibtidai sinif müəllimlərinə tövsiyə olunur ki, şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirsinlər, təlim materiallarının əsas hissəsinin sinifdə mənimsədilməsinə nail olsunlar. O da tövsiyə edilir ki, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir”.
Xatırladaq ki, artıq bəzi ibtidai sinif müəllimləri belə bir qadağanın qoyulduğunu əsas gətirərək ev tapşırıqlarının sayını xeyli azaldıblar, ibtidai sinifdə dərs keçən ingilis dili müəllimləri isə şagirdlərin dəftərlərinə yeni sözləri qeyd etmir, yeni sözləri yalnız dərs zamanı öyrətməklə kifayətlənirlər.
23.10.2015
Sinif nümayəndələri ilə görüş keçirildi
Bu gün Gimnaziyamızda rəhbərlik bütün siniflərin nümayəndələri ilə görüş keçirib. Görüşdə sinif nümayəndələri vəzifələri ilə tanış edilib, yeni tədbirlər barədə məlumatlar verilib, sinif şagirdlərinin tədbirlərdə fəal iştirakını təmin etmək, sinif otaqlarının səliqəsini qorumaq tapşırılıb. Nümayəndələrin təklifləri dinlənilib, qeydlər aparılıb.
22.10.2015
Məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi keçiriləcək
Məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”
mövzusunda respublika müsabiqəsinin əsasnaməsi
mövzusunda respublika müsabiqəsinin əsasnaməsi
I. Müsabiqənin məqsəd və vəzifələri
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsi 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına və “2016-2025-ci illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı”na uyğun olaraq Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etməsi və bu sahədə onların bilik və bacarıqlarını genişləndirilməsi məqsədilə keçirilir.
"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydaları
1.1. Bu Qaydalar "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373
nömrəli sərəncamına uyğun olaraq, "Ən yaxşı müəllim" müsabiqəsinin
(bundan sonra müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Müsabiqənin keçirilməsində başlıca
məqsəd ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim
potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində
uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək,
novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını
nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu
və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində
müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq
səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət
daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.
21.10.2015
Gimnaziya rəhbərliyi müəllimlərlə toplantı keçirdi
Gimnaziya rəhbərliyi 21 oktyabr tarixdə müəllimlər otağında müəllimlərlə görüş keçirmiş, 2015/2016-cı tədris ilində ictimai işlərdə fəal olan Azərbaycan dili və ədəbiyyat müəllimi, həmçinin kafedra müdiri Kifayət Əliyevaya təşəkkür elan etmişdir.
Daha sonra müəllimlər Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrin məzmunu tanış edilmiş və bu müsabiqələrdə fəal olmağa səslənmiş və iştirakları üçün rəhbərliyin onları daim dəstəklədiyi bildirilmişdir.
Daha sonra müəllimlər Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrin məzmunu tanış edilmiş və bu müsabiqələrdə fəal olmağa səslənmiş və iştirakları üçün rəhbərliyin onları daim dəstəklədiyi bildirilmişdir.
Gimnaziyamız IV siniflərdə dərs deyən müəllimləri “Təməl” Təqaüd Proqramında iştiraka səsləyir
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini növbəti “Təməl” Təqaüd Proqramında iştiraka dəvət edir.
Proqram 120 akademik saat təşkil edir (həftədə 1 dəfə 4 akademik saat hesabı ilə).
Təlim modulları:
• Uşaq psixologiyası
• Pedaqoji ustalıq praktikumu (metodika və didaktika)
• Sinfin idarəedilməsi
• Elektron tədris resurslarının hazırlanması.
20.10.2015
Gimnaziyamızda Milli Müstəqillik günü qeyd olundu

Bu gün Gimnaziyamızda Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir, iştirakçıların müşayiəti ilə Azərbaycan Dövlət Himninin səsləndirilməsilə başlanmışdır. Əvvəlcə Dövlət Müstəqilliyimizin tarixi haqqında məlumat verilmiş, daha sonra şagirdlərimiz şeir, musiqi, səhnəcik və rəqs ilə çıxış etmişlər. Tədbirin sonunda Gimnaziya rəhbəri Xuraman xanım Osmanova bütün kollektivi Milli Müstəqillik günü münasibətilə təbrik etmiş və vətənpərvər şagirdlərimizlə qürür duyduğunu bildirmidir.
19.10.2015
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Və bu gün Mütəqilliyimizin 24 yaşı tamam oldu. Gimnaziyamızın valideyn, müəllim və şagird kollektivini Milli Müstəqillik günü münasibətilə təbrik edir, Müstəqil Respublikanın müstəqil vətəndaşları kimi həyatda öz layiqli yerinizi tutmağınızı arzulayırıq!
16.10.2015
Gimnaziya Həmkarlar Komitəsinin növbəti iclası keçirilmişdir

16 oktyabrda Gimnaziyamızda Həmkarlar Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda əvvəldən elan olunmuş və mətni müəllimlərə verilmiş "Müəlllimlərin etik davranış qaydaları" və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təqdimat şəklində iclas iştirakçılarının nəzərinə çatdırılmışdır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" kitabça şəklində iştirakçıllara paylanmışdır. Etik davranış qaydaları və Təhsil strategiyasının müxtəlif maddələrinə nə dərəcədə əməl olunduğu, hansı maddələrə diqqəti daha da artırmaq lazım olduğu müzakirə olunmuşdur. Sonda "Müəllim andı" başda Gimnaziya rəhbəri Xuraman xanım Osmanova olmaqla bütün müəllimlər tərəfindən birlikdə səsləndirilmiş və yazılı mətni imzalanmışdır.
11.10.2015
Gimnaziyamızın müəllimlərini birləşdirən qrup
Gimnaziyamızın pedaqoji heyətinin təhsil sahəsində işgüzar müzakirələri üçün facebookda qrup yaradılmışdır. "Bizim Gimnaziya" adlanan qrup S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının pedaqoji kollektivinin birliyini təmin edəcək bir qrupdur ki, burada təhsildə olan yeniliklər, elanlar, müsabiqələr haqqında məlumatlar dərc olunacaq. Müəllimlər qrupa daxil olmaqla təhsillə bağlı ən son yeniliklərdən xəbər tutmaq imkanı tapacaq.
Aşağıdakı linkə toxunmaqla qrupa keçid edə bilərsiniz. Qrupa daxil olmaq üçün "Qrupa qoşul" düyməsinə toxunun.
10.10.2015
"Açıq qapı" günü uğurla keçirildi
Bildiyiniz kimi, Gimnaziyamızda 10 oktayabr - "Açıq qapı" günü idi. Bu gün valideynlərin müəllimlərlə görüşü qrafik üzrə yerinə yetirilmişdir. Valideynlər əvvəlcə akt zalında gimnaziya rəhbərliyi ilə görüşmüşdür. Görüşdə ilkin monitorinqlərin nəticələri müzakirə olunmuş, valideynlərin sualları cavablandırılmışdır. Daha sonra valideynlər əvvəldən elan olunmuş müvafiq sinif otaqlarında fənn müəllimləri ilə söhbət etmişlər. Valideynlər gimnaziyada "Açıq qapı" gününün təşkil edilməsindən razı qalmışlar.
7.10.2015
"Açıq qapı" gününə hazırlıqlar davam edir
"Açıq qapı" günü üçün fənn müəllimləri və valideynlərin görüş otaqları müəyyənləşdirilmiş, siyahılar elan lövhəsindən və müvafiq sinif otaqlarının üzərindən asılmışdır.
6.10.2015
Bütün siniflərdə əsas fənlərdən monitorinqlər keçirilir
2015/2016-cı tədris ili üçün şagirdlərin diaqnostik qiymətləndirilməsinin aparılması məqsədilə monitorinqlərin keçirilməsinə başlanıb. Monitorinq bütün sinifləri əhatə edəcək və nəticələr dərs ilinin sonunda keçiriləcək qiymətləndirmə ilə müqayisə olunacaq.
5.10.2015
Məmur andı, həkim andı, müəllim andı: kim ona yaxşı, kim pis əməl edir?
Müəllim andı:
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm.
4.10.2015
Müəllimlər gününüz mübarək!
Əziz müəllimlər, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının rəhbərliyi adından hər birinizi peşə bayramı münasibətilə təbrik edir, möhkəm can sağlığı, həyatda uğur və çətin, həm də şərəfli olan bu peşədə davamlı nailiyyətlər arzulayırıq!
Bayramınız mübarək!
3.10.2015
"Müəllimlər günü" xüsusi tədbirlə qeyd olundu
"Mənə bir hərf öyrədənin köləsi olaram" adlı bayram tədbirinə gimnaziyamızın bütün müəllimləri, o cümlədən ömrünü gimnaziyada dərs deməklə keçirmiş, hal-hazırda təqaüddə olanlar dəvət olunmuşdu. Gimnaziyanın rəhbəri Xuraman xanım Osmanova müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara can sağlığı, həyatda uğurlar, işlərində yeni-yeni nailiyyətlər arzulamışdır. Ömrünün uzun illərini, həyatının şirin çağlarını şagirdlərinin təlim-tərbiyəsinə həsr etmiş və bu işin öhtəsindən layiqincə gəlmiş, təqaüddə olan müəllimlər Balaxanım müəllim, Şəfiqə müəllim, Fəridə müəllim, Zərifə müəllim,Xuraman müəllim, Şikar müəllim və Rzaxan müəllim təbrik edilmiş və söz onlara verilmişdir. Onlar gimnaziyanın hazırkı vəziyyətindən məmnunluq duyduqlarını bildirmişlər. Həmin gün yubileyləri olan Reyhan müəllim, Ulduzə müəllim və İlham müəllim xüsusi olaraq təbrik edilmişdir. Gimnaziya şagirdlərinin müəllimlərinə dərin ehtiram və sevgilə hazırladıqları çıxışlar müəllimlər üçün ən böyük hədiyyə olmuşdur. 11a sinfindən Abdullayev Orxanın tarda, Şəhlanın qanunda ifası, 11-cu sinif şagirdi Çingizin söz və musiqisini özü yazdığı və gitarada ifa etdiyi "Müəllim" mahnısı, 10-cu sinifdən Məmmədov Nailin çıxışı, 7a sinfindən Gülüstanın kamançada ifası, Turalın qarmon çalması, 6ç sindindən Elməddin və Seyidin ifaları, 5c sinfindən Ülvinin saz havası bütün tədbir iştirakçılarına xoş anlar yaşatmışdır. "Gəlin görək, özümüzü necə tanıyırıq" adlı sorğu və viktorina tədbirə rəng qatmışdır. Viktorinada püşkatma vasitəsilə seçilən mahnı ifa etmək, lətifə danışmaq, şeir söyləmək, xatirələri yada salmaq kimi tapşırıqlar müəllimlər tərəfindən həvəslə yerinə yetirilmişdir. Yeganə Ağayeva və Yeganə Həsənovaya "Bilik günü" tədbirinin təşkilinə görə təşəkkürnamalər təqdim olunmuş və bütün müəllimlərə hədiyyələr paylanmışdır. Tədbir böyük bir bayrama çevrilmiş, küsülülər barışdırılmışdır. Tədbir şagirdlərin sevgi ilə hazırladıqları müxtəlif çıxışlar və müəllimlərin öz nitqləri ilə yaddaşlara yazılmışdır.
Rəhbərlik adından tədbirin təşkilatçısı Kifayət Əliyevaya dərin təşəkkürümüzü bildiririk!
Rəhbərlik adından tədbirin təşkilatçısı Kifayət Əliyevaya dərin təşəkkürümüzü bildiririk!
Kaydol:
Kayıtlar (Atom)